"Probleminiz varsa, amma onu necə həll edəcəyinizi bilirsizsə, bu, problem deyil"

17:40 Avropa Liqası 203
"Probleminiz varsa, amma onu necə həll edəcəyinizi bilirsizsə, bu, problem deyil"

"Çelye"nin baş məşqçisi Albert Riera Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçlarında keçiriləcək "Sabah"la matçdan danışıb.

Sportinfo.az xəbər verir ki, o, oyundan öncə keçirilən mətbuat konfransında deyib:

O, mövsümə qələbə ilə başlamağın vacib olduğunu vurğulayıb:

"İlk matçdan sonra belə bir hiss yarandı ki, biz fasilələrə çox həssasıq. Buna görə də hazırlıqda oyuna bu cəhətdən daha çox diqqət yetirdik.

Probleminiz varsa, amma onu necə həll edəcəyinizi bilirsinizsə, bu, problem deyil, sadəcə, bir çağırışdır.

Mövsümə qələbə ilə başlamaq vacib idi. Psixoloji cəhətdən üstünlük qazandıq. Cavab matçına da çox yaxşı hazırlaşmışıq".

"Çelye" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti