Ronaldo “Əl-Nəsr”ə keçməsini istəyir - “Liverpul”un hücumçusunun

17 İyul 15:20 İngiltərə 132
Ronaldo “Əl-Nəsr”ə keçməsini istəyir - “Liverpul”un hücumçusunun

“Liverpul”un hücumçusu Luis Dias karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Kolumbiyalı futbolçunu heyətinə qatmaq istəyən klub “Əl-Nəsr”dir. Bildirilir ki, klubun portuqaliyalı forvardı Kriştiano Ronaldo onun transferində şəxsən maraqlıdır və rəhbərlikdən bu keçidin reallaşmasını istəyib.

Luis Diasın mümkün transfer dəyəri 100 milyon avro qiymətləndirilir.

O, ötən Premyer Liqa mövsümündə 36 oyunda meydana çıxaraq, 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

28 yaşlı oyunçunun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!