
Kenan Piricin son anda "Neftçi"yə keçidindən imtina etməsindən sonra "ağ qaralar"ın qapıçı axtarışları yenidən aktiv fazada davam edir.
Paytaxt klubunun ən son danışıq apardığı simanın kimliyini dəqiqləşdirmişik.
Söhbət Tom Gloverdən gedir. Bu barədə klubdan bizə bilgi verilib.
Qeyd edilib ki, 27 yaşlı kiperlə bir çox məsələlərdə razılıq əldə olunub.
Onun yeni mövsümü Azərbaycanda keçirmək ehtimalı kifayət qədər yüksəkdir.
Tom Glover hazırda İngiltərədə "Midlsbro"nun şərəfini qoruyur.
Daha əvvəl İsveçdə "Helsingborgs"da legioner həyatı yaşayıb.
Ölkəsində "Çentral Cost" və "Melbrun"un şərəfini qoruyub.
"Tottenhem"in U-23 komandasına kimi yüksəlsə də əsas heyətdə özünə yer tapa bilməyib.
Ölkəsinin bütün aşağı yaş qruplarında çıxış etmiş əcnəbi qapıçı Avstraliya millisində hələ debüt etməyib.
XANOĞLAN / SPORTİNFO.AZ