
Niderland millisinin baş məşqçisi Ronald Kuman yenidən kluba işə qayıtma ehtimalını dəyərləndirib.
Sportinfo.az NOS-a istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Bu hələ yekun qərar deyil, amma nəvaxtsa klubda işə qayıtmaq şansım çox azdır”.
Kumanın milli komanda ilə hazırkı müqaviləsi 2026-cı il dünya çempionatının sonuna qədərdir.
62 yaşlı mütəxəssis daha əvvəl “Barselona”, “Everton”, “Valensiya”, “Benfika”, “Ayaks” və “Sauthempton”da çalışıb.