
Canluici Donnarummanın agenti Vinçenso Rayola müştərisinin bu mövsüm göstərdiyi çıxışla “qızıl top” mükafatına layiq olduğunu bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı qapıçının agenti PSJ-nin Çempionlar Liqasındakı uğurunda əsas rolun məhz Donnarummanın möhtəşəm qurtarışlarına məxsus olduğunu söyləyib:
“Fikrimcə, Canluici Donnarumma “qızıl top”a layiqdir.
Osman Dembelenin komandaya böyük töhfəsi olub, amma Donnarummanın “Liverpul”, “Aston Villa” və “Arsenal”a qarşı oyunlarda qurtarışları olmasaydı, PSJ heç vaxt Çempionlar Liqasını qazana bilməzdi.
Biz nikbinik. PSJ mükəmməl klubdur. Mövsüm tam başa çatsın, daha sonra klubla müqavilə mövzusunu dəyərləndirəcəyik”.
Donnarummanın Paris təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.