
Premyer Liqaya vəsiqə qazanan “İmişli” növbəti transferini elan edib.
Bu, braziliyalı müdafiəçi Rafael Vieqasdır.
31 yaşlı futbolçu ölkəmizə gələnə qədər Azərbaycandakı dostlarından kifayət qədər məlumat almağa imkan tapıb.
Çünki vaxtilə onunla Portuqaliya “Çaveş”ində top qovmuş oyunçuların əksəriyyətinin yolu Premyer Liqamızdan keçib və ya keçməkdədir.
Məsələn, 2019/20 mövsümündə sözügedən komandada top qovarkən, o, “Qarabağ”lı Kevin Medina, “Qarabağ”lıların unutmadı ad Olavio Juninyo, 2023/24 mövsümündə “Kəpəz”in qapısını qorumuş İqor Rodriges, 2021/22 mövsümündə “Neftçi”nin formasını tərlətmiş Hüqo Basto, bir müddət öncə “Neftçi”dən ayrılan Rafael Quzzo, ötən mövsüm “Araz-Naxçıvan”da çıxış edən Benni ilə çiyin-çiyinə mübarizə aparıb.
Elə buna görədir ki, Rafaelin “İmişli” ilə müqavilə bağlamasından sonra yuxarıdan adları çəkilənlərdən bəziləri onun sosial şəbəkə hesablarında təbrik edib.
HƏBİB / SPORTİNFO.AZ