“Qarabağ”ın ÇL-də potensial rəqibləri Dublində üz-üzə gələcək

“Qarabağ”ın ÇL-də potensial rəqibləri Dublində üz-üzə gələcək

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri “Şelburn” (İrlandiya) və “Linfild” (Şimali İrlandiya) bu gün Dublində qarşılaşacaqlar.

Sportinfo.az xəbər verir ki, Böyük Britaniya təmsilçiləri I təsnifat mərhələsində ilk matçlarını keçirəcəklər.

Qarşılaşma İrlandiyanın paytaxtı Dublindəki “Tolka Park” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?