"Qarabağ"ın müdafiəçisi: “Biz bunu reallaşdırmaq istəyiriksə...”

01:20 Qarabağ 234
"Qarabağ"ın müdafiəçisi: “Biz bunu reallaşdırmaq istəyiriksə...”

“İnanıram ki, bu mövsüm hər şey yaxşı olacaq”

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Toral Bayramov deyib.

O, bu mövsüm Çempionlar Liqasında uğurlu çıxış etmək istədiklərini söyləyib:

"Çempionlar Liqasında ilk matçımıza təxminən bir həftə vaxtımız qalıb. Turnirə tam hazır olmaq üçün bütün gücümüzlə hazırlaşırıq.

Rəqibin kimliyindən asılı olmayaraq, meydana hər zaman qələbə üçün çıxırıq. Bunu reallaşdırmaq istəyiriksə, optimal formada olmalıyıq.

Çempionlar Liqasında əsas hədəf Liqa mərhələsinə yüksəlməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 16:30 Çək və bizə göndər!