“Rəhbərlik etiraf elədi ki, hələ Premyer Liqaya hazır deyilik”

16 İyul 20:00 Problem 830
“Rəhbərlik etiraf elədi ki, hələ Premyer Liqaya hazır deyilik”

«İmişli» hələ Premyer Liqaya hazır deyil.

Bu barədə redaksiyamıza komandanın düşərgəsində olan futbolçular məlumat verib.

Saytımızla əlaqə saxlayan oyunçular mövcud durumdan narızılıq edib.

Onların bildirdiyinə görə, düşərgəyə gələnlərə elementar şərait belə, yaradılmayıb:

«Mərdəkanda bizi ehtiyat meydançanı veriblər. Nazon sünidir. Meydançaya ayaq basa bilmirik istidən.

Ayaqlarımız yanır. İstidən butsı az qala bişir. Rəhbər şəxslərə dəfələrlə demişik ki, yeri dəyişin, burada məşq edə bilmirik.

Deyirlər ki, başqa stadion tapa bilmirik. Adi buz nədir, dava-dərman nədir, o da yoxdur.

Demişik ki, şəraiti düzəldin, sonra məşqə çıxarıq. Bizdən bir həftə vaxt istəyiblər. Etiraf elədilər ki, hələ Premyer Liqaya hazır deyilik.

Yenə söz veriblər ki, vəziyyəti bir müddət sonra düzəldəcəyik».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!