
«Karvan» bu gün növbəti transferini edib.
Yevlax təmsilçisi Pedro Mateuşu sıralarına qatıb.
Sao Tome və Prínsipe yığmasının da formasını geyinən qapıçı artıq Azərbaycandadır. 28 yaşlı kiperlə bağlanan müqavilənin müddəti 1 ildir.
Futbolun sirlərini «Maritimo» və «Porto»nun akademiyasında öyrənən Mateuş son olaraq «Feyrense»nin şərəfini qoruyub.
Həmçinin «Marítimo»nun əsas və B komandalarının, «Olympias Limpion» və «Sanyoanense»nin uğurları üsün tər töküb.
16 ildən sonra elitaya dönmüş «Karvan» ötən günlərdə Eltun Turabov ("Turan Tovuz"), Süleyman Əhmədov (son klubu "Səbail"), Araz Abdullayev ("Qaradağ-Lökbatan"), David Oliveyra Silva (son klubu “Zabbar”, Malta) və,Kile Spens (Son klubu “Coleraine”, Şimali İrlandiya) ilə «nigah»ını rəsmiləşdirib.
SPORTİNFO.AZ