Premyer Liqa klubu Rusiyadakı azərbaycanlı hücumçunu istəyir

20 Noyabr 2024 01:00 Turan 3 527
Premyer Liqa klubu Rusiyadakı azərbaycanlı hücumçunu istəyir

"Turan Tovuz" "SKA-Xabarovsk"un hücumçusu ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, söhbət Kamran Əliyevdən gedir.

Tovuz təmsilçisi əslən Azərbaycandan olan forvardı transfer siyahısına daxil edib.

Ötən mövsümü "Sumqayıt"da keçirmiş, amma Azərbaycan pasportu ala bilməyən forvard hələ o vaxtdan "Turan Tovuz"un maraq dairəsində yer alıb.

26 yaşlı futbolçunun “SKA-Xabarovks”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, "SKA-Xabarovsk"un heyətində 19 matçda 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular