Azərbaycanlı boksçu dünya birinciliyində 1/4 finala yüksəldi

16 Aprel 2021 00:14 Boks 770
Azərbaycanlı boksçu dünya birinciliyində 1/4 finala yüksəldi

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

Sportinfo.az xəbər verir ki, mundialın üçüncü günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb.

Onlardan Əli Zamanov (52 kq) ikinci qarşılaşmasını keçirib.

Ermənistanlı Ruben Qarboyanı mübarizədən kənarlaşdıran yeniyetmələr arasında Avropa çempionu 1/8 finalda Tanakon Aonyaemlə üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28).

O, yarımfinala gedən yolda rusiyalı Yevgeni Jorovla döyüşəcək. Görüş aprelin 19-na təsadüf edəcək.

Zamanovun uğurunu Cəlal Qurbanov (60 kq) da davam etdirib. 1/16 finalda Ferens Samu (Macarıstan) ilə üz-üzə gələn boksçu rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Qurbanov 1/8 final görüşünü aprelin 18-də yaponiyalı Reyto Tsutsumiyə qarşı keçirəcək.

69 kq çəki dərəcəsində qüvvəsini sınayan Samir Nəsirov 1/16 finalda Mateus Urbanla (Polşa) döyüşüb. Görüş rəqibin qələbəsi ilə başa çatıb.

Mundialın ilk günündə Əzrək Bəbirov (56 kq) 1/16 final döyüşünü qələbə ilə bitirib. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti