Mahiri iştirak ərizəsinə daxil etmədilər, evdə uduzdular

25 Aprel 08:40 Bizimkilər 559
Mahiri iştirak ərizəsinə daxil etmədilər, evdə uduzdular

Almaniya II Bundesliqasında 31-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi “Kayzerslautern” öz meydanında “Braunşveiq”i qəbul edib.

Matç qonaqların qələbəsi ilə yekunlaşıb.

Mahir Emreli bu matçın iştirakçısı olmayıb. Onun adı “Kayzerslautern”in iştirak ərizəsinə daxil edilməyib.

Bu məğlubiyyətdən sonra əvvəlki kimi 46 xalda qalan “Kayzerslautern” 7-ci pillədə qərarlaşıb.

“Kayzerslautern” - “Braunşveiq” 0:2
Qollar:
Alidou, 14, Yardımcı, 72

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada