Azərbaycan millisinin sabiq oyunçusu Təmkin Xəlilzadə dünyanın tanınmış futbolçuları ilə bir turnirdə iştirak edəcək.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı cinah müdafiəçisi Türkiyənin “Volves” minifutbol komandasında oynayacaq.
Bu barədə "Volves"in rəsmi İnstaram səhifəsində məlumat paylaşılıb.
Təmkin Xəlilzadə hər il keçirilən "Golazo" turniri üçün heyətə cəlb edilib. "Volves"də Martin Şkrtel və Fernandao kimi futbolçular da oynayacaq.
Turnirdə Rayan Babel, Rikardo Kuarejma, Elmander, Tuncay Şanlı kimi futbolçular da çıxış edəcək.
“Volves” həvəskar futbol , minifutbol və futzal liqalarında yarışan komandadır.

