"Mahir qol vurmasaydı, bəlkə də mən burada baş məşqçi deyildim"

27 Oktyabr 2025 19:20 Bizimkilər 1 852
"Mahir qol vurmasaydı, bəlkə də mən burada baş məşqçi deyildim"

“Kayzerslautern”in baş məşqçisi Tomas Liberknext maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, komandasında çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emreli sayəsində hazırda bu klubun baş məşqçisi olduğunu bildirib:

“Ötən ilin aprelində “Kayzerslautern” “Nürnberq”lə qarşılaşırdı. Həmin matç olmasaydı, Mahir qol vurmasaydı, bəlkə də mən burada baş məşqçi deyildim”.

Həmin matçda “Nürnberq”in qələbə qolunu Mahir Emreli vurmuşdu. Məğlub olan “Kayzerslautern” o dönəmdəki baş məşqçi Markus Anfanqı istefaya göndərmişdi. Onun yerinə isə Tomas Liberknext gətirilmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti