Bu ölkənin millisinə dəvət almaq variantı olan gənc ulduz Azərbaycanı seçəcəkmi?

00:50 Bizimkilər 348
Bu ölkənin millisinə dəvət almaq variantı olan gənc ulduz Azərbaycanı seçəcəkmi?

"Dinamo"nun oyunçusu Ülvi Babayev Rusiya kubokunda "Krılya Sovetov"la matçda het-trik etməklə azərbaycanlı futbolsevərlərin diqqətini çəkib.

Əslən azərbaycanlı futbolçunun performansı sevinclə qarşılanıb.

Sportinfo.az xəbər verir ki, sportal.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl Bakıda Ülvi Babayevin atası ilə AFFA rəsmiləri arasında görüş olub.

21 yaşlı futbolçunun Azərbaycan millisinə cəlb olunması məsələsi müzakirə edilib. Lakin mövzu açıq qalıb.

Məsələ burasındadır ki, Ülvi Babayevin Rusiya millisinə dəvət almaq variantı var. Onun çıxış etdiyi Moskva "Dinamo"sunu həm də millinin baş məşqçisi olan Valeri Karpinin çalışdırması bu ehtimalları artırır.

Üllvi Babayevin "Dinamo" ilə müqaviləsi bu mövsümün sonunda başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu