Xorvatiya çempionatında 11-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, həmyerlimiz Rüfət Abdullazadənin də formasını geydiyi “Varazdin” öz meydanında “Slaven Belupo”nu qəbul edib.
Görüş Rüfətin komandasının 1:3 hesablı məğubiyyəti ilə başa çatıb.
Abdullazadə də bu görüşün iştirakçısı olub.
Matça ehtiyat oyunlular skamyasından başlayan Rüfət artıq 16-cı dəqiqədə zədələnən Aleksa Latkoviçin yerinə meydana daxil olub, 75-ci dəqiqədə isə Damoqay Beqonya ilə əvəzlənib.
Abdullazadə 35-ci dəqiqədə məhsuldar ötürmə müəllifi olub. Luka Mamiç azərbaycanlı futbolçunun ötürməsindən sonra komandasının matçdakı yeganə qolunu vurub.
1:3 hesablı məğlubiyyətdən sonra 15 xalda qalan “Varazdin” turnir cədvəlində beşinci yerə düşüb. “Slaven Belupo” isə 16 xalla dördüncü pilləyə yüksəlib.

