Həmyerlimiz Turan Manafov Cənubi Afrika liqasında növbəti oyuna çıxıb.
Azərbaycanlı müdafiəçinin şərəfini qoruduğu “Stellenboş” 10-cu turda doğma azarkeşləri önündə “Golden Arrows”u qəbul edib.
Turanın əsas heyətdə yer aldığı və 81-ci dəqiqədə əvəzləndiyi qarşılaşma son dərəcə gərgin və maraqlı keçib.
Nəfəslərin kəsildiyi oyunda “Stellenboş” rəqibini 4:3 hesabı ilə məğlub etməyi bacarıb.
10 turdan sonra xalların sayını 9-a yüksəldən Stellenboş şəhərinin eyniadlı təmsilçisi 16 komanda arasında 13-cü sırada yer alıb.
Maraq üçün bildirək ki, Manafovun komandası Afrika Konfedrasiya Kubokuna və Cənubi Afrika Kubokunda mübarizəni davam etdirir.
HƏBİB / SPORTİNFO.AZ

