Azərbaycan klubu səhmlər paketini satışa çıxarır – 10 gün ərzində

18 May 2024 13:20 Bizimkilər 931
Azərbaycan klubu səhmlər paketini satışa çıxarır – 10 gün ərzində

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərinin “Traktor”unun səhmləri satışa çıxarılır.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, klubun Səhmdarlar Şurasının mayın 17-də keçirilən ümumi iclasında qəbul edilən qərara əsasən, ekspert qiymətləndirməsindən sonra klubun səhmlərinin satış şərtləri açıqlanacaq.

Bildirilib ki, səhmlərin potensial alıcıları bu barədə klubun ofisinə 15 gün ərzində müraciət etməlidirlər. Bundan sonra alıcıya müvafiq məktub göndəriləcək.

Qeyd olunub ki, qəbul edilən qərarla bağlı mayın 18-da Şərqi Azərbaycan əyalətinin başçısına məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM