
Azərbaycan millisinin futbolçusu Mahir Emreli zədəsini sağaldıb.
Sportinfo.az xəbər verir ki, “Konyaspor”un hücumçusu bərpa dönəmini artıq geridə qoyub.
Super Liqanın XXVI turunda “Qalatasaray”la oyunda zədələndiyi üçün Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələ matçlarını buraxan 26 yaşlı forvard fiziki çalışmalarını başa vurub.
Futbolçu tezliklə kollektivlə birlikdə məşqlərə qoşulacaq. O, Konya təmsilçisinin “Umraniyespor”la qarşıdakı matçına hazır olacaq.
XXVII turun “Umraniyespor” – “Konyaspor” görüşü aprelin 2-də keçiriləcək.