Millimizin eks oyunçusu qol vurdu, komandası qazandı – III Bundesliqada

18 Yanvar 2023 02:20 Bizimkilər 908
Millimizin eks oyunçusu qol vurdu, komandası qazandı – III Bundesliqada

Almaniya üçüncü Bundesliqasında 18-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge Aue" "İnqolştadt"ın qonağı olub.

Matç 2:1 hesabı ilə Nazarovun komandasının xeyrinə başa çatıb. Start heyətində meydana çıxan millimizin üzvü 76-cı dəqiqədə əvəzlənib.

Nazarov 67-ci dəqiqədə penaltidən fərqlənib.

Aue klubu hazırda 17 xalla 17-ci pillədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!