Millimizin üzvləri oynadı, "Qalatasaray" derbidə "Fənərbağça"nı üstələdi - VİDEO

16 Yanvar 2023 01:50 Bizimkilər 511
Millimizin üzvləri oynadı, "Qalatasaray" derbidə "Fənərbağça"nı üstələdi - VİDEO

Türkiyənin Qadınlar Super Liqasının mərkəzi oyununda Azərbaycan millisinin iki futbolçusu üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Kristina Bakarandzenin çıxış etdiyi "Qalatasaray" Nazlıcan Parlakın formasını geyindiyi "Fənərbağça"nı qəbul edib.

​Hər iki futbolçu 90 dəqiqə meydanda olubş.

Sarı-qırmızılı komanda kişi həmkarlarından geri qalmayaraq, oyunda qalib gəliblər.

İstanbul derbisində “Qalatasaray”a 2:0 hesablı qələbə qazandıran qolları 45+3-cü dəqiqədə Yağmur, 62-ci dəqiqədə isə Ebru vurub.

Bu nəticədən sonra xalını 30-a yüksəldən “Cim-Bom” həftəni 2-ci pillədə başa vurub. “Fənərbağça” isə 22 xalla 3-cü pillədə qalıb.

Yanvarın 8-də kişi komandalarının qarşılaşmasında da məhz “aslanlar” üstün tərəf olublar (3:0).

Digər Xəbərlər
Xəbər Lenti