"MEDİA bu iki ildə böyük işlər görüb" - İlkin Vaqifoğlu

13 Yanvar 2023 16:00 Bizimkilər 366
"MEDİA bu iki ildə böyük işlər görüb" - İlkin Vaqifoğlu

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) 2 yaşı tamam olub.

MEDİA Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılıb.

Qurumun yaradılmasında məqsəd kimi Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması göstərilib.

Medianın İnkişafı Agentliyi medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Müvafiq sahənin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin əsas fəaliyyət istiqamətləridir.

Sportinfo.az saytının təsisçisi və baş redaktoru İlkin Vaqifoğlu bildirib ki, agentlik digər sahələr üzrə mətbuat orqanları ilə yanaşı, idman sahəsinə də böyük qayğı göstərir:

«MEDİA-da çalışan həmkarlarımızı qurumun 2 yaşının tamam olması münasibəti ilə təbrik edirəm.

İlk vaxtlardan MEDİA-nın müxtəlif tədbirlərində iştirak etmişəm, şəxsən icraçı direktor Əhməd İsmayılovla görüşmüşəm. Əhməd müəllim diqqətli və peşəkar idarəçidir.

Hər problemlə maraqlanır və onun həllinə köməklik göstərməyə çalışır. İndiyədək bir neçə məsələ olub ki, MEDİA-ya müraciət etmişəm. Həmişə də onlardan həssas münasibət görmüşəm.

Çünki MEDİA-da peşəkarlar çalışır. Qurumun fəaliyyətə başlayan gündən uğurlu olmasının əsas səbəblərindən biri də budur. Son ilyarımda idman mediasında bir canlanma və inkişaf görürük.

Açığı, MEDİA olmasaydı, biz indiki mənzərənin şahidi olmazdıq. Bu təşkilatın yaranmasıyla idman saytları sanki ikinci dəfə həyata vəsiqə qazandı, dərindən nəfəs aldı.

MEDİA-nın həyata keçirdiyi müxtəlif layihələr mətbu orqanların fəaliyyətində mühüm rol oynamağa başlayıb. Sportinfo.az indiyədək 3 dəfə bu layihələrə qatılıb.

Bütün seçimlər obyektiv aparılıb. Ötən ilin yayında sənədlərimizi təqdim etməyə gecikdik.

Bir çoxları elə fikirləşdi ki, guya, bu, hansısa çevrələrin göstərdiyi kənar təsirlərin nəticəsidir. Qətiyyən elə bir hal baş verməmişdi.

Biz, sadəcə, layihələrdə iştirak üçün vaxtında müraciət etməmişdik. MEDİA varsa, düzgün seçim, doğru yanaşma, ciddi münasibət var.

Bir sözlə, MEDİA bu iki ldə böyük işlər görüb. Mən qətiyyən şübhə bəsləmirəm ki, qurum qarşıdakı illərdə daha neçə-neçə uğura imza atacaq və istər onlayn, istərsə də çap mediasının inkişafında mühüm rol oynayacaq».

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu