Mahir Emreli SÜRPRİZİ

13 Yanvar 2023 00:50 Bizimkilər 1 647
Mahir Emreli SÜRPRİZİ

"Dinamo" ilə təlim-məşq toplanışında olan Mahir Emreli özünü yaxşı tərəfdən göstərməyi bacarıb.

Sportinfo.az xəbər verir ki, Xorvatiya mətbuatı 25 yaşlı hücumçunun toplanışın ən yaxşılarından olduğunu bildirib.

"Sportske jutarnji" nəşri azərbaycanlı forvardın hazırlıq prosesinin müsbət mənada sürprizi olduğunu yazıb:

"Rovində keçirilən təlim-məşq toplanışına baxanda müəyyən etmək olur ki, hazırlıq prosesinin ən böyük müsbət sürprizi Mahir Emrelidir.

Azərbaycanlı futbolçu son dərəcə kaprizli, güclü və aqressiv görünürdü. Şübhə yoxdur ki, o, həqiqədən özünü baş məşqçi Ante Çaçiçə göstərmək istəyir.

Maraqlıdır ki, qışda Emrelinin komandadan gedəcəyinə dair ehtimallar var idi.

Amma gördüklərimizdən bizdə belə qənaət formalaşıb ki, yazda onun həm hücumun sağ cinahında, həm də mərkəzdə oynamaq üçün çox şansı olacaq.

Petkoviçin mümkün gedişindən sonra isə onun qarşısında böyük imkanlar açılacaq"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!