O, Azərbaycan bayrağı altında çıxış edəcək - "Bellator"da

12 Yanvar 2023 02:40 Bizimkilər 1 032
O,  Azərbaycan bayrağı altında çıxış edəcək - "Bellator"da

MMA döyüşçüsü Əli İsayev "Bellator"da Azərbaycan bayrağı altında çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə 31 yaşlı idmançı "Match TV"yə açıqlama verib.

İsayev bildirib ki, artıq ona Azərbaycan pasportu ilə viza açılıb:

"Bu ölkə üçün yarışmışam, pasportum var idi. Başqa çarəm olmadığından gedib məsələni həll etdim. Onsuz da Rusiya pasportu ilə mənə heç bir halda viza verməyəcəkdilər".

Əli İsayev daha əvvəl sərbəst güləşlə məşğul olub. O, 2019-cu ildə Azərbaycan millisinin heyətində 120 kq çəki dərəcəsində Avropa çempionluğunu qazanıb.

İdmançının "Bellator"da ilk rəqibi ABŞ təmsilçisi Stiv Mouri olacaq. İsayev bundan əvvəl keçirdiyi 9 döyüşün hamısında qələbəni bayram edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!