“Məncə, ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq” - İlham Əliyev

11 Yanvar 2023 02:30 Bizimkilər 287
“Məncə, ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq” - İlham Əliyev

“Amma onu da bildirməliyəm ki, laçınlılar, xüsusilə Laçın şəhərində yaşayan insanlar yəqin, bir qədər ümidsiz idilər.

Çünki danışıqlar zamanı, ümumiyyətlə, Ermənistan tərəfi Laçını Azərbaycana qaytarmaq haqqında heç danışmaq da istəmirdi.

Əfsuslar olsun, keçmiş Minsk qrupunun həmsədrləri də hesab edirdilər ki, Laçın rayonu Ermənistana verilməlidir. Ona görə laçınlılar daha ümidsiz idilər”.

Bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib ki, danışıqların işğal dövründə belə çox davam etməsi və yəni, uğursuzluqla nəticələnməsi də məhz, o cümlədən Laçına və Kəlbəcərə görə idi:

“Çünki onlar 5 rayonu boşaltmağa elə bil ki, hazır idilər. Amma o şərtlə ki, Laçın və Kəlbəcər əbədi qalsın onların əlində. Yəni, biz laçınlılara, kəlbəcərlilərə görə, tarixi torpaqlarımıza görə, ərazi bütövlüyümüzə görə bu qədər dözmüşük. Amma məncə, ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq. Çünki dərhal göstəriş verildi, indi Laçın şəhərində geniş quruculuq-bərpa işləri gedir və indi baxacağıq, bu il biz Laçın şəhərinə ilk laçınlıları nə vaxt qaytaracağıq. Bu il Zabux və Sus kəndlərinə də keçmiş köçkünləri qaytaracağıq. Zabux kəndində hansısa varlı erməni tərəfindən evlər tikilibdir. Mən o evləri müvəqqəti olaraq hərbçilərə vermişəm. Mən dedim ki, bizim vətəndaşlar o evlərdə yaşamayacaq. Onlardan biz kazarma kimi istifadə edirik. Amma zabuxlular üçün Zabux kəndində yeni qəsəbə salınır və bu il biz onları oraya göndərəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti