“Qorxmamalı və ehtiyat etməməliyik" – Millimizin hücumçusu

10 Yanvar 2023 03:00 Bizimkilər 650
“Qorxmamalı və ehtiyat etməməliyik" – Millimizin hücumçusu

"Futbolçu icarədə olduğunu biləndə onun üçün asan deyil.

Mən həmişə hər fürsətdən maksimum yararlanmağa çalışırdım.

“Qrashopper”lə müqaviləm olduğu üçün xoşbəxtəm. Klubun böyük azarkeş kütləsinə və uzun ənənəyə malik olmasına baxmayaraq, burada ailə ab-havası hökm sürür.

Çox istəyirəm ki, formasını geyindiyim istənilən komandaya xallar qazandırım. Uğurumuzun əsas səbəbi azarkeşlərimiz və kollektivin bir olmasıdır.

İnanıram ki, bunu davam etdirsək, bütövlükdə bir yerdə olsaq, o zaman sonda beynəlxalq arenaya çıxa biləcəyik".

Sportinfo.az xəbər verir ki, bu sözləri “transfermarkt.de”yə açıqlamasında millimizin forvardı Renat Dadaşov deyib.

"Qrashopper"in hücumçusu Azərbaycan millisindəki çıxışına da toxunub. O, millimizlə final mərhələlərində oynamaq istədiyini bildirib:

"Dünya çempionatı göstərdi ki, autsayderlər də sürpriz edə bilər. Azərbaycan son illər idmanda inkişafa nail olub.

Təbii ki, seçmə mərhələnin qrupunda İsveç, Avstriya, Belçika kimi güclü yığmalar yer alıb. Amma qorxmamalı və ehtiyat etməməliyik".

Digər Xəbərlər
Xəbər Lenti