“CBC Sport” izləyicilərinə sürpriz edəcək – Rüstəm Əfsərli açıqladı

9 Yanvar 2023 22:20 Bizimkilər 2 042
“CBC Sport” izləyicilərinə sürpriz edəcək – Rüstəm Əfsərli açıqladı

“Telekanalımızın iki çəkiliş qrupu yanvarın 9-dan 10-na keçən gecə Antalyaya yola düşəcək və ayın 19-na qədər orada məskunlaşacaqlar”.

“CBC Sport”un proqram direktoru Rüstəm Əfsərli Sportinfo.az-a açıqlamasında ölkənin aparıcı idman telekanalının çempionatdakı fasilə dönəmindəki planları barədə danışıb.

Premyer Liqa təmsilçiləri toplanış keçmək üçün qardaş ölkənin yolunu tutub. Orada olduqları müddətdə həm məşq edəcək, həm də yoldaşlıq görüşlərində xarici rəqiblərlə qarşılaşacaqlar.

Hər ilin yayında müxtəlif süjet və reportajlar üçün əməkdaşlarını Antalyaya ezam edən “CBC Sport bu dəfə də ənənəsinə sadiq qalıb.

Əfsərli 10 gün müddətində görüləcək işlər barədə məlumat verib:

“Əməkdaşlarımız yanvarın 10-nu günortadan etibarən Antalyada olacaq və işə başlayacaq.

Komandaların hamısı oradadır deyə, iki çəkiliş qrupu göndərməyi məqsədəuyğun saydıq. Məşqlərin sayı çoxdur, elə günlər olacaq ki, 3-4 yoldaşlıq oyunu baş tutacaq. Məqsədimiz Premyer Liqanın bütün iştirakçılarına yer verməkdir.

Oyunların az olduğu günlərdə məşqlərdən reportajlar, müxtəlif şəxslərlə müsahibələr hazırlanacaq. Bununla yanaşı, “CBC Sport”un Azərbaycan futbolu ilə bağlı günlük və həftəlik verilişlərində Antalyadan canlı bağlantılar olacaq.

Klublarla ilkin razılıq əldə etmişik. Oyunlardan sonra baş məşqçilərdən təkcə isti-isti müsahibələr yox, eyni zamanda səmimi söhbətlər də hazırlanacaq.

Maraqlı personalarla 20-25 dəqiqəlik formatda müsahibələr planlarlaşdırılıb. Kimlərin razılığını aldığımızı deməyəcəyəm, əsas odur ictimaiyyət üçün vacib adamlardır”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!