Azərbaycanlı müdafiəçi Ukraynanın iddialı klubuna transfer olur

8 Yanvar 2023 02:20 Bizimkilər 2 311
Azərbaycanlı müdafiəçi Ukraynanın iddialı klubuna transfer olur

Karyerasını Ukraynada davam etdirən Dmitri Nağıyev komandasını dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, ыportal.az-a verilən məlumata görə, hazırda “İnqulets”dэ oynayan müdafiəçi “Aleksandriya”nın maraq dairəsindədir.

27 yaşlı futbolçunun “İnqulets”lə müqaviləsi mövsüm sonuna qədərdir.

“Aleksandriya” isə azərbaycanlı müdafiəçini qışda heyətinə qatmaq niyyətindədir. Qış toplanışından sonra Nağıyevin “İnqulets”də qalacağı, yoxsa “Aleksandriya”ya keçəcəyi dəqiqləşəcək.

Hazırda bu klub Ukrayna çempionatında birinci dövrədən sonra 16 komanda arasında 5-cidir və avrkuboklara vəsiqə uğrunda mübarizə aparır.

Nağıyev karyerası ərzində “Dnepr”, “Qarabağ Vyana”, “Maurverk”, “Sumqayıt”, “Ştumbars”, “Dinamo-Avto” klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti