«İranın molla rejimi «Traktor»u n uğurlu nəticələr qazanmasında maraqlı deyil».
Bu fikirlər Ümid Partiyasının sədri İqbal Ağazadəyə məxsusdur.
Sentyabrdan başlayaraq İranı cənginə alan etiraz aksiyalarına münasibət bildirən siyasi fiqur deyib ki, yerli rəsmi dairələr cənubi azərbaycanlılara qarşı məkrli siyasət aparır:
«Traktor» orada yaşayan soyadaşlarımızın simvoludur. Biz Təbrizin ən böyük klubundan danışırıq.
«Traktor»un hər oyununa onminlərlə insan gəlir. Demək olar bütün oyunlarda tribunalar Azərbaycanın lehinə şüarlar səsləndirir.
Mollalar bunu qəbul edə bilmir və müxtəlif vasitələrlə «Traktor»u sıxışdırırlar. Bu kluba daim basqı göstərirlər.
Çünki «Traktor» azərbaycanlıların haqq səsini ucaldır. «Traktor»un iddialı olması, inkişafı onlara sərf eləmir və hər vəchlə onun qarşısını almağa çalışırlar».
SPORTİNFO.AZ

