Yığmamızın müdafiəçisi Polşanın III Liqa klubu ilə anlaşdı

7 Yanvar 2023 13:00 Bizimkilər 1 365
Yığmamızın müdafiəçisi Polşanın III Liqa klubu ilə anlaşdı

Daha bir azərbaycanlı futbolçu karyerasını ölkə xaricində davam etdirəcək.

Mövsümün ilk yarısında «Araz Naxçıvan»da keçirmiş Elvin Dəmirov Polşaya yollanıb.

I Divizion təmsilçisindən rəsmən ayrılan 24 yaşlı müdafiəçi adıçəkilən ölkədə III Liqa klublarından biri ilə anlaşıb.

O, əvvəl də burada legioner həyatı yaşayıb. Dördüncü liqada “JKS Yaroslav”ın formasını geyinib.

Elvin Azərbaycanda “Sumqayıt” və “Qəbələ”nin də şərəfini qoruyub. O, U-17, U-19 və U-21 yığmalarına cəlb olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti