"Beşitkaş"ın məşqçiləri azərbaycanlı istedad barədə nə deyir?

6 Yanvar 2023 19:00 Bizimkilər 2 122
"Beşitkaş"ın məşqçiləri azərbaycanlı istedad barədə nə deyir?

«Buradakı məşqçilər oğluma böyük ümidlər bəsləyir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının prezidenti Araz Musayev deyib.

Doqquzqat dünya, üçqat Avropa çempionu olan məşhur idman adamı hazırda «Beşiktaş»ın U-13 komandasında çıxış edən oğlu Furqanın perspektivi ilə bağlı danışıb.

O, 7 illik müqavilə imzalayan 12 yaşlı hücumçunun türkiyəli mütəxəssislərin rəğbətini qazandığını bildirib:

«Furqan məşqlərdə və oyunlarda bir çox yaşıdlarından fərqlənir. Əvvəl batut gimnastikası ilə məşğul olduğundan, fiziki hazırlığı ilə seçilir.

Topoa rəftarı da yaxşıdır. «Beşiktaş»dakı məşqçilərlə tez-tez söhbət edirəm, deyirlər ki, Furqanın istedadı böyükdür, gələcəkdə güclü futbolçu kimi ad çıxara bilər.

Onun üçün meydanda iki-üç nəfər keçib qol vurmaq çətin deyil. Ümumiyyətlə, qol hissiyatı əladır.

Baxmayaraq ki, özündən 1 yaş böyüklərlə oynayır, hamının gözü ondadır. Məşqçilər deyir ki, Furqanın yaxşı təməli var, verilən tapşırıqları o dəqiqə qavrayır».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!