Mahir Emreli 2022-ci ilin antiqəhrəmanları sırasında - “Legiya”da

5 Yanvar 2023 22:40 Bizimkilər 689
Mahir Emreli 2022-ci ilin antiqəhrəmanları sırasında - “Legiya”da

Azərbaycan millisinin futbolçusu Mahir Emreli sabiq klubu Polşa “Legiya”sında 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb.

Sportinfo.az xəbər verir ki, hazırda Xorvatiya təmsilçisi “Dinamo”nun (Zaqreb) formasını geyinən hücumçu Varşava klubunun azarkeşləri arasında aparılan səsvermə zamanı antiqəhrəman nominasiyasında ikinci yeri tutub.

Polşada olarkən azarkeşlərin hücumuna məruz qalan və bu üzdən komandanın düşərgəsinə qayıtmayan 25 yaşlı forvard itaətsizlik səbəbindən 2004 səs toplayıb.

Bu baxımdan birinci yerdə klub idarəçiliyinə görə prezident Dariuş Mioduski tutub. O, 4156 səs yığıb.

Mahir Emreli 2022-ci ilin fevralında keçdiyi “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!