Azərbaycan millisinin forvardı Mahir Emreli Xorvatiya “Dinamo”sundan ayrılmayacaq.
Sportal.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin idman direktoru Marko Vukeliç Sportlife.az-a açıqlamasında məlumat verib.
Emreli 2022-ci ilin fevralından “Dinamo”da çıxış edir. Klub rəsmisi 25 yaşlı hücumçu barədə yayılan informasiyaları təkzib edib:
“Yalnış məlumatdır. Mahiri icarəyə verməyi düşünmürük. Onun satılması da hazırda müzakirə mövzusu deyil.
O, müqavilə ilə “Dinamo”ya məxsusdur və burda qalacaq”.

