Mahiri də özləriylə apardılar – Gəzməyə yox amma...

3 Yanvar 2023 22:40 Bizimkilər 1 168
Mahiri də özləriylə apardılar – Gəzməyə yox amma...

Azərbaycan millisinin futbolçusu Mahir Emreli klubu “Dinamo” ilə təlim-məşq toplanışına yollanıb.

Sportinfo.az xəbər verir ki, bir müddət əvvəl komandadan ayrılacağı iddia olunan 25 yaşlı hücumçu komandanın heyətində Rovin şəhərinə gedib.

Baş məşqçi Ante Çaçiç hazırlığa ümumilikdə 28 futbolçu aparıb. Onlardan 25-i əsas komandanın, 3-ü isə əvəzedici heyətin üzvüdür.

Yalnız kapitan Ariyan Ademi və yarımmüdafiəçi Yosip Mişiç səhhətində problem olduğu üçün Zaqrebdə qalıblar.

“Dinamo” yanvarın 12-də Sloveniya klubu “Çelye” ilə yoxlama görüşü keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!