Millimizin oyunçusu III Liqa klubunu tərk etdi - FOTO

3 Yanvar 2023 12:40 Bizimkilər 896
Millimizin oyunçusu III Liqa klubunu tərk etdi - FOTO

Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Hüseyin Seyliğli məxsus olduğu klubla müqaviləsini pozub.

Sportinfo.az xəbər verir ki, müdafiəçi son olaraq "Artvin Hopaspor"da çıxış edirdi.

O,III Liqada qüvvəsini sınayan Artvin təmsilçisinin heyətində qalmaq istəməyib.

Buna görə də komandadan ayrılıb. Futbolçu bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb.

Yığmamızın sabiq üzvünün karyerasına harada davam edəcəyi hələ ki, dəqiq deyil.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!