“Mahir burada şans qazanmadı, başqa komandada özünü sübut etməli olacaq”

3 Yanvar 2023 02:20 Bizimkilər 1 113
“Mahir burada şans qazanmadı, başqa komandada özünü sübut etməli olacaq”

“Mahir Emrelinin yaxşı futbolçudur. Onun “Dinamo”ya transferi də yaxşı addım idi”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a “Neftçi”nin sabiq yarımmüdafiəçisi Darko Çordaş deyib.

Hazırda futbol agenti kimi çalışan xorvatiyalı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Zaqreb “Dinamo”dakı durumuna münasibət bildirib:

“Hazırkı vəziyyətinə görə bir söz deyə bilmərəm. Əslində, Mahirin oynamaq üçün çox da şansı olmadı.

Tez-tez oynamadı, ara-sıra meydana çıxdı. Hər halda, gələcəyi ilə bağlı qərarını özü verəcək. Məncə, o, başqa komandada özünü sübut etməli olacaq”.

46 yaşlı veteran futbolçu Xorvatiyanın U-19, U-20 yığmalarında da oynayıb. Mahir Emrelinin isə "Dinamo" ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!