"Sportinfo"nun tərəfdaşı olduğu məkandan yeni VİDEO+FOTO görüntülər

2 Yanvar 2023 11:30 Bizimkilər 1 688
"Sportinfo"nun tərəfdaşı olduğu məkandan yeni VİDEO+FOTO görüntülər

Milli Aviasiya Akademiyasının stadionunda bannerlərin quraşdırılması prosesi başa çatıb.

Arenanı icarəyə götürmüş EFA (European Football Academy) Sportinfo.az-a aid reklam lövhələrini burada yerləşdirib.

Yeddi il öncə yaradılan EFA «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyasının stadionunu icarəyə götürüb.

Sahəsi 7920m2 olan 1600 yerlik tamaşaçı tutumuna və 9 cığırlı qaçış zolağına malik, ölçüləri 105m´68m olan arena ilkin mərhələdə 1il müddətinə EFA-nın xidmətinlə olacaq.

Burada 2 mini stadion, voleybol və basketbol meydançaları, tennis kortu, həmçinin idmanla məşğul olanlar üçün bütün infrastruktur və hər bir şərait mövcuddur.

EFA 8 yaş qrupu üzrə fəaliyyət göstərir. AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi bütün çempionatlara qatılan klubun məqsədi növbəti mövsüm Gənclər Liqasında qüvvəsini sınamaqdır.

Peşəkarlıq meyarlarına söykənən EFA beynəlxalq turnirlərin daimi iştirakçısıdır. Son olaraq İtaliva və Slovakiyada keçirilən mötəbər yarışlarda ölkəmizin idman şərəfini layiqincə qoruyublar.

Son illər mərhələli şəkildə böyük inkişaf yolu keçən, uşaq və yeniyetmə futbolunda mühüm yeniliklərə imza atan klub aylar öncə İtaliyanın ən köklü klublarından «Peruca» ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!