"Mən əminəm, heç biri bizə yuxarıdan aşağı baxa bilməyəcək"

1 Yanvar 2023 00:40 Bizimkilər 605
"Mən əminəm, heç biri bizə yuxarıdan aşağı baxa bilməyəcək"

İsveçrədə - "Qrasshopper"də çıxış edən Renat Dadaşov millimizlə Avropa çempionatına vəsiqə qazanmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə o, "transfermarkt.ch" saytına müsahibəsində deyib:

“Düşünürəm ki, dünya çempionatı göstərdi ki, ehtimal olunan autsayderlər sürprizlər edə bilər. Son illər Azərbaycanda idman yaxşı inkişaf edib.

Əlbəttə, Avro-2024-ün seçmə mərhələsində bizim qrupumuzda İsveç, Avstriya və Belçika kimi güclü yığmalar var. Amma mən əminəm ki, heç biri bizə yuxarıdan aşağı baxa bilməyəcək".

Digər Xəbərlər
Xəbər Lenti