Mahir Emreli "Dinamo"dan ayrılmaq ərəfəsində - Xorvatiya KİV-i yazır

31 Dekabr 2022 12:40 Bizimkilər 1 286
Mahir Emreli "Dinamo"dan ayrılmaq ərəfəsində - Xorvatiya KİV-i yazır

Xorvatiya mətbuatında bu qış "Dinamo"dan (Zaqreb) bir neçə hücumçunun gedəcəyi ehtimalını müzakirə edilərkən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də qalıb-qalmaması məsələsinə toxunublar.

Sportinfo.az "Sporske novosti"yə istinadən xəbər verir ki, xorvatiyalı həmkarlarımız millimizin forvardının komandadan ayrılmaq ehtimalını müzakirə edib:

"Bruno Petkoviç Qətərdəki dünya çempionatından özünü sübut etmiş hücumçu kimi qayıtdı. Ona görə də onu hansısa klubun transfer edəcəyini gözləmək olar.

Əgər o, “Dinamo”da qalarsa, şübhəsiz ki, start heyətində oynayacaq. Mahir Emrelinin də ayrılıq ərəfəsində olduğu güman edilir. Baxmayaraq ki, azərbaycanlı forvardın nəyə qadir olduğunu göstərmək üçün imkanı olmadı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!