Ukraynanın döyüş bölgəsindəki azərbaycanlılar danışdılar - VİDEO

31 Dekabr 2022 12:30 Bizimkilər 641
Ukraynanın döyüş bölgəsindəki azərbaycanlılar danışdılar - VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Donbas istiqamətindəki döyüş xətlərində azərbaycanlılar da qalıblar. Onlar daha çox Donetskin Torez şəhəri istiqamətlərində cəbhə xəttində yaşayan həmyerlilərimizdir.

Onlardan biri Azərbaycan və SSRİ xalq artisti, tanınmış opera müğənnisi Lütfiyar İmanovun qardaşı oğlu Spartak İmanovdur.

S.İmanov ərazinin tez-tez atəşə tutulduğunu qeyd edib.

60 ildir Donetskdə yaşayan Əli Həsənov su, qaz və elektrik enerjisinin olmadığını bildirib:

“81 yaşımda quyudan su daşımağa gücüm çatmır”.

Daha ətraflı süjetdə:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!