"XOŞBƏXTƏM" - Millimizdə oynamağa razılıq verən hücumçu

31 Dekabr 2022 00:30 Bizimkilər 818
"XOŞBƏXTƏM" - Millimizdə oynamağa razılıq verən hücumçu

"Futbolçu icarədə olduğunu biləndə onun üçün asan deyil.

Mən həmişə hər fürsətdən maksimum yararlanmağa çalışırdım".

Sportinfo.az xəbər verir ki, bu sözləri “transfermarkt.de”yə açıqlamasında millimizin forvardı Renat Dadaşov deyib.

Almaniyada dünyaya gələn, Frankfurt “Ayntraxt“ında tanıan, karyerasını İsveçrədə - “Qrashopper”də davam etdirən 22 yaşlı hücumçu hazırkı durumundan məmnundur:

“Qrashopper”lə müqaviləm olduğu üçün xoşbəxtəm. Klubun böyük azarkeş kütləsinə və uzun ənənəyə malik olmasına baxmayaraq, burada ailə ab-havası hökm sürür.

Çox istəyirəm ki, formasını geyindiyim istənilən komandaya xallar qazandırım. Uğurumuzun əsas səbəbi azarkeşlərimiz və kollektivin bir olmasıdır.

İnanıram ki, bunu davam etdirsək, bütövlükdə bir yerdə olsaq, o zaman sonda beynəlxalq arenaya çıxa biləcəyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!