“Neftçi” səpələnmiş, “Qəbələ” və “Zirə” səpələnməmişlər səbətində

18 May 2022 23:00 Bizimkilər 1 240
“Neftçi” səpələnmiş, “Qəbələ” və “Zirə” səpələnməmişlər səbətində

Konfrans Liqasında mübarizə aparacaq Azərbaycan klublarının püşkatmada yer alacaqları səbətlər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, ölkəmizin hər üç klubu yarışa II təsnifat mərhələsindən başlayacaq.

Püşk zamanı klublarımız fərqli səbətlərə daxil ediləcək. Turnirdəki ən yüksək reytinqli təmsilçimiz “Neftçi” səpələnmişlərdən olacaq.

Əmsalı 7,000-a bərabər olan bakılıları nisbətən zəif rəqib gözləyəcək.

“Qəbələ” və “Zirə”nin UEFA reytinqi isə xeyli aşağıdır. Qəbələnin eyniadlı klubunda bu rəqəm 3,500, qəsəbə təmsilçisində 3,400-dür.

Bu səbəbdən də hər iki komanda püşkatmada səpələnməmişlər səbətinə düşəcək. Bu da hər iki komandaya nisbətən güclü rəqiblər vəd edir.

Qeyd edək ki, I təsnifat mərhələsində 62 komanda yarışacaq. II təsnifat mərhələsində yarışa daha 59 klub qoşulacaq.

Bu raundda “Bazel”, “Yanq Boyz”, Praqa “Slaviya”sı, Təl-Əviv “Mkkabis”si kimi reytinqli komandalar da oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti