Türkiyə “Top-10”da – Azərbaycandan cəmi 2 futbolçu...

16 Yanvar 2022 23:00 Bizimkilər 923
Türkiyə “Top-10”da – Azərbaycandan cəmi 2 futbolçu...

2021-ci ildə ən çox futbolçu idxal edən ölkələrin siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, FİFA-nın dərc etdiyi cədvəldə 10 ölkə yer alıb.

Braziliya klubları ölkə xaricindən daha çox – 784 futbolçu gətirib. Bu, beynəlxalq transferlərin müəyyən hissəsi xarici klublardan vətənə qayıdan oyunçulardır.

Portuqaliyanın ikinci olduğu siyahıda ilk “üçlüy”ü İspaniya qapayır. Qardaş Türkiyə də “Top-10”da yer alıb.

Qonşu ölkənin klubları dünyanın müxtəlif yerlərindəki axtarışlarını 402 futbolçu cəlb etməklə yekunlaşdırıb. Onlar arasında Azərbaycandan transfer olunanlar, o cümlədən Namik Ələskərov, Vüsal İsgəndərli də var.

1. Braziliya - 784
2. Portuqaliya – 745
3. İspaniya – 581
4. İngiltərə - 563
5. Almaniya – 448
6. İtaliya – 406
7. Fransa – 405
8. Türkiyə - 402
9. Yunanıstan – 344
10. Argentina - 338

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı