 
            Azərbaycan Basketbol Liqasında XI tur davam edir.
Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə üç matç baş tutub.
A qrupunun autsayderləri NTD və “Abşeron” üz-üzə gəliblər. Görüş birincilərin qələbəsi ilə başa çatıb.
Bu qrupun digər oyununda isə “Naxçıvan” “Neftçi”ni sınağa çəkib. Nominal qonaqlar rəqibini məğlub etməkdə çətinlik çəkməyiblər.
B qrupunun yeganə görüşündə “Ordu” “Sumqayıt”la qarşılaşıb. Qələbə qazanan "Ordu" lider mövqeyinə yüksəlib.
A qrupu
12:30. NTD – “Abşeron” - 87:77 (25:20, 25:19, 21:18, 16:20)
“Sərhədçi” İdman Mərkəzi
16:00. “Naxçıvan” – “Neftçi” - 63:73 (12:12, 17:20, 23:16, 11:25)
“Sərhədçi” İdman Mərkəzi
| 1 | Sabah | 11 | 9 | 2 | 914-779 | 20 | 
| 2 | Naxçıvan | 11 | 8 | 3 | 873-822 | 19 | 
| 3 | Neftçi | 11 | 5 | 6 | 804-820 | 16 | 
| 4 | Sərhədçi | 11 | 5 | 6 | 815-754 | 16 | 
| 5 | Abşeron | 11 | 4 | 7 | 810-904 | 15 | 
| 6 | NTD | 11 | 2 | 9 | 824-904 | 13 | 
B qrupu
19:00. “Sumqayıt” – “Ordu” - 82:89 (14:18, 17:28, 30:20, 21:23)
“Sərhədçi” İdman Mərkəzi
| 1 | Ordu | 11 | 8 | 3 | 972-811 | 19 | 
| 2 | Şəki | 10 | 8 | 2 | 976-825 | 18 | 
| 3 | Gəncə | 10 | 7 | 3 | 751-656 | 17 | 
| 4 | Sumqayıt | 11 | 3 | 8 | 922-1054 | 14 | 
| 5 | Quba | 10 | 3 | 7 | 823-876 | 13 | 
| 6 | Lənkəran | 10 | 2 | 8 | 731-924 | 12 | 

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            