COP29

"Sabah" sonda qalib gəldi, Avropa Kuboku ilə vidalaşdı

14 Noyabr 02:10 Basketbol 311
"Sabah" sonda qalib gəldi, Avropa Kuboku ilə vidalaşdı

"Sabah" basketbol klubu FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda İsveç təmsilçisi "Norrçepinq Dolfins"ə 83:75 hesabı ilə qalib gəlib.

"Bayquşlar" əvvəlki qarşılaşmaların nəticələrinə əsasən FIBA Avropa Kubokunda mübarizəni dayandırıb.

"Sabah" daha əvvəl hər iki görüşdə Yunanıstanın "Marussi" kollektivinə uduzub - 70:82, 71:82.

Azərbaycan komandası həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın "Spiru" klubuna evdə 68:78, səfərdə 81:82, "Norrçepinq Dolfins"ə isə Bakıda 70:74 hesabı ilə yenilib.

Xəbər Lenti
4 Dekabr 04:40 "Ordu"ya qalib gəldilər