Azərbaycanın iki yığma komandası AÇ-yə necə hazırlaşır?

3 İyun 2023 21:20 Basketbol 599
Azərbaycanın iki yığma komandası AÇ-yə necə hazırlaşır?

İyunun 1-dən etibarən basketbol üzrə oğlanlardan ibarət Azərbaycanın U-16 və U-18 yığma komandaları Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start veriblər.

Sportinfo.az xəbər verir ki, Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi yığmalarımız gündə iki dəfə olmaqla, müntəzəm şəkildə məşqlərini davam etdirirlər.

U-16 və U-18 millilərimizin hazırlıq prosesindəki əsas məqsədləri, müvafiq olaraq 19-27 iyulda Kosovonun Priştina və 29 iyul – 6 avqust aralığında Bakı şəhərlərində keçiriləcək Avropa çempionatının “C” divizionlarının oyunlarına hazırlaşmaqdır.

Təlim-məşq toplanışı 15 iyuna qədər davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM