Rövnəq Abdullayevin adından prezidentə nə çatdırdı?

26 Noyabr 2020 01:10 Azərbaycan Futbolu 595
Rövnəq Abdullayevin adından prezidentə nə çatdırdı?

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İstanbul şəhərində Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyi ilə görüşüb.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, TFF-nin prezidenti Nihat Özdemir, birinci vitse-prezident Servet Yardımcı və baş katib Kadir Kardaşın iştirak etdiyi görüşdə E.Məmmədov “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının İstanbulda keçirilməsinə şərait yaradılması və Azərbaycan millisinin UEFA Millətlər Liqasında ev oyunları üçün TFF tərəfindən eyni təklifin verilməsinə görə AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından təşəkkürünü bildirib.

AFFA və TFF arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə Türkiyə Super Liqasındakı təcrübə nəzərə alınaraq Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi ilə bağlı ətraflı müzakirə aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"