“Neftçi” uduzdu, Azərbaycan Rumıniyanın gerisinə düşdü

18 Sentyabr 2020 01:40 Azərbaycan Futbolu 615
“Neftçi” uduzdu, Azərbaycan Rumıniyanın gerisinə düşdü

Avropa Liqasının II təsnifat mərhələsinin oyunları UEFA reytinqində müəyyən dəyişikliklərə səbəb olub.

Sportinfo.az xəbər verir ki, bu, Azərbaycandan da yan ötməyib.

Türkiyə “Qalatasaray”ına 1:3 hesabı ilə uduzan “Neftçi” ölkəmizin aktivinə 0,125 xal gətirib. Bununla da 5 mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalımız 16,250-yə çatıb.

Bir gün öncə 25-ci pillədən sıxışdırdığımız Rumıniya isə mövqeyini qaytarıb. “Botoşani” və “Styaua” üst-üstə 0,375 xal yığıb.

Nəticədə bu ölkənin reytinqi 16,325-ə yüksəlib. Bu isə Rumıniyanın yenidən 25-ci sıraya qayıtması, Azərbaycanın isə 26-cı yerə dönməsinə səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!