"Zirə" Gürcüstan “Torpedo”su ilə qarşılaşacaq - Konfrans Liqasında

16 İyun 20:20 Zirə 884
"Zirə" Gürcüstan “Torpedo”su ilə qarşılaşacaq - Konfrans Liqasında

Bu gün 2026/27 mövsümü Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

“Turan Tovuz” cəza səbəbindən avrokuboklara buraxılmadığı üçün KL-də Azərbaycanın 2-ci təmsilçisi olacaq “Zirə”nin rəqibi müəyyənləşib.

Püşkün nəticəsinə əsasən, paytaxt təmsilçisinin rəqibi "Torpedo" (Gürcüstan) olub. Rəşad Sadıqovun komandası ilk oyunu evdə keçirəcək.

"Zirə" mübarizəyə 1-ci mərhələdən, digər təmsilçimiz “Neftçi” isə 2-ci mərhələdən başlayacaq.

“Neftçi”nin rəqibi iyunun 17-də keçiriləcək 2-ci mərhələnin püşkatmasında müəyyənləşəcək.

1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 9-da, cavab görüşləri isə iyulun 16-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!
15 İyul 05:00 Paşam birinci yeri tutdu